Neft qiymətləri ucuzlaşmaqda davam edir | Banco.az

Neft qiymətləri ucuzlaşmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətlərindəki ucuzlaşma davam etməkdədir.

Banco.az xəbər verir ki, ABŞ-da sistemli risk narahatlığına səbəb olan SVB-nin müflisləşməsi bazara təsirini davam etdirdiyindən neft ucuzlaşma tendensiyasını davam etdirib. İnvestorlar daha çox fərziyyə üçün ABŞ inflyasiya məlumatlarını izləyəcəklər.

ABŞ xam nefti dəyişkən seansın ardınca bazar ertəsi günü 2,5% ucuzlaşdıqdan sonra bir barel üçün 74 dollardan aşağı ticarət edilib.

ABŞ xam neftinin aprel fyuçersi 1,2 faiz ucuzlaşaraq bir bareli 73,91 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

May fyuçersli Brent markalı neft isə 1,1 faiz ucuzlaşaraq bareli 79,85 dollara düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et