Neft qiymətləri ucuzlaşmaqda davam edir | Banco.az

Neft qiymətləri ucuzlaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir. 

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri ABŞ prezidenti Co Baydenin strateji əhəmiyyətli xam neft ehtiyatlarının istifadəsinə razılıq verməsinə dair çağırışların artması fonunda ucuzlaşmağa davam edir. Bu əsnada OPEC-in neft hasilatı gündəlik 97 milyon 560 min barelə yüksəlib.

ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,4% dəyər itirməklə hazırda bir bareli 80.47 dollara ticarət edilir.

Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 0,4% ucuzlaşaraq bir bareli 81.87 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et