Neft qiymətləri stabilliyini saxlayır | Banco.az

Neft qiymətləri stabilliyini saxlayır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ehtiyatların azalması fonunda stabilliyini saxlayır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiymətində ABŞ və Çində xam neft ehtiyatlarının azalmasından sonra stabil dinamika müşahidə olunur.

ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,1% yüksələrək hazırda bir bareli 73.14 dollara icra edilir.

Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında dünən 0,5% bahalaşaraq bir bareli 75.25 dollar səviyyəsində stabilliyini saxlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram