Neft qiymətləri stabilliyini saxlayır | Banco.az

Neft qiymətləri stabilliyini saxlayır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni iş həftəsinə stabil başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ümumi tələb mənzərəsindəki yaxşılaşma səbəbindən ardıcıl üç həftəni qazancla başa vurduqdan sonra yeni həftənin ilk iş gününə stabil başlayıb.

ABŞ xam neftinin (WTI) iyun fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bazar ertəsi səhər saatlarında bir bareli 65.44 dollardan icra edilir.

Brent markalı neftin iyul fyuçersi isə London əmtəə birjasında cümə günü 2,5% dəyər qazandıqdan sonra yeni həftəyə bir bareli 68.78 dollar səviyyəsində başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et