Neft qiymətləri son 4 ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

Neft qiymətləri son 4 ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif:Mehin Qasımova/Banco.az

Neft Beynəlxalq Enerji Agentliyinin 2024-cü ilə qədər tədarük kəsiri proqnozlaşdırdıqdan sonra OPEC+-ın hasilatın azaldılmasını davam etdirəcəyi fikri əsasında əvvəlki profisit proqnozunu dəyişdirərək dörd ayın ən yüksək həddində qalıb.

Banco.az xarici mediaya istinadən xəbər verir ki, qlobal göstərici bu həftə təxminən 4 faiz bahalaşıb.

Bu, yanvar ayından bəri ABŞ-ın ehtiyatlarının ilk azalması və Ukraynanın başqa bir Rusiya neft emalı zavoduna hücumundan sonra artan geosiyasi gərginlik səbəbindən baş verib.

Brent nefti əvvəlki iki sessiyada 4,3 faiz bahalaşdıqdan sonra bir qədər ucuzlaşıb.

Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti bir barel üçün 85,23 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,19 dollar (0,22%) aşağıdır. Cümə axşamı bu kontraktlar 1,39 dollar (1,7%) artaraq 85,42 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) səhər saatlarında elektron hərraclarda WTI markalı neftin aprel fyuçerslərinin kotirovkaları 0,17 dollar (0,21%) ucuzlaşaraq bir barelə görə 81,09 dollar olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram