Neft qiymətləri ikinci yarımilliyə stabil başlayıb | Banco.az

Neft qiymətləri ikinci yarımilliyə stabil başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri cari ilin II yarısına sakit templə başlayıb.

Banco.az xəbər verir ki, investorların diqqəti tələb problemlərinə və kompleks təchizat perspektivinə yönəldiyi üçün neft qiymətləri stabilliyini saxlayır.

Brent markalı neft ötən həftə dörd rüb ərzində qeydə alınan itkilərini məhdudlaşdırdıqdan sonra hazırda bir barel üzrə 76 dolları keçib.

ABŞ xam neftinin bir bareli isə 71.61 dollara satılır.

Qeyd edək ki, Çində iqtisadi canlanma sürətini itirdiyindən, investorlar ABŞ-dakı potensial tənəzzüldən narahat olduqlarından və Rusiya ilə İrandan gələn güclü ixrac məlumatları tədarük bolluğuna işarə etdiyindən neft qiymətləri ilin əvvəlindən bəri təxminən 12 faiz dəyər itirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et