Ticarət müharibəsinin neftə tələbi azaldacağı proqnozlarını gücləndirməsinə baxmayaraq, ABŞ-da xam neft ehtiyatlarının gözləniləndən daha çox azalması ilə əlaqədar olaraq neft qiymətlərinin düşməsi dayanıb.
Özəl sektorun maliyyələşdirdiyi Amerikan Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları keçən həftə 5.27 milyon barel azalıb. Analitiklər ehtiyatların 1.36 milyon barel azlacağını gözləyirdilər.
Cümə axşamı günü açıqlanacaq rəsmi məlumatlar da bunun kimi çıxarsa, ehtiyatlarda Mart ayından bu yana ən böyük azalma reallaşmış olacaq.
Brent neftinin qiyməti 69.65 dollara, ABŞ xam neftinin qiyməti isə 59,20 dollara qalxıb.
Marja