Neft qiymətləri cüzi bahalaşdı | Banco.az

Neft qiymətləri cüzi bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft bazarları qlobal mərkəzi bankların verəcəyi faiz qərarlarını yaxından izləyərkən, qiymətlərdə daha stabil dinamika müşahidə edilir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, FED və digər mərkəzi bankların tələbi pozan inflyasiyanın qarşısını almaq üçün bu həftə faiz dərəcələrini artıracağı gözlənilir.

Bu gündəm fonunda ABŞ xam neftinin bir bareli 0,09% bahalaşaraq 85,81 dollara qalxıb.

Brent markalı neftin bir bareli isə 0,39% dəyər qazanmaqla hazırda 92,36 dollara ticarət olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et