Neft qiymətləri bahalaşmaqda davam edir | Banco.az

Neft qiymətləri bahalaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri bahalaşaraq ötən 1,5 ayın maksimumuna yüksəlib.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ özəl sektor göstəricilərinin xam neft ehtiyatlarının azaldığını əks etdirməsi və investorların Avropada təbii qaz və elektrik enerjisi qiymətlərinin artmasına yönəlməsi fonunda bahalaşmağa davam edir.

ABŞ xam neftinin (WTI) oktyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,5% yüksəlməklə hazırda bir bareli 72.98 dollara icra edilir.

Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında 0,5% bahalaşaraq bir bareli 75.87 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et