Tamara Mustafayeva, Banco.az
OPEC razılığa gələ bilmədi, neft qiymətləri bahalaşdı.
Banco.az xarici mətbuta istinadla bildirir ki, OPEC+ ölkələrinin avqust ayında hasilatın artırılması üzrə razılığa gələ bilməməsi fonunda Brent markalı neft bazar ertəsi 1%-dən çox bahalaşmaqla 77 dollar səviyyəsini üstələyib.
ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) ötən həftənin cümə axşamından bəri 2% yüksələrək hazırda bir bareli 76.70 dollara icra edilir.
Brent markalı neftin sentyabr fyuçersi isə London əmtəə birjasında 0,4% dəyər qazanmaqla bir bareli 77.48 dollara qalxıb.
Bizi sosial şəbəkələrdən izləyin!!