Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri Çindən gələn xəbərlərin fonunda bahalaşıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Çində elan edilən ticarət göstəricilərinin mart ayında əsaslı yaxşılaşmaya vurğu etməsinin ardınca 60 dollara qədər bahalaşıb.
ABŞ xam neftinin (WTI) may fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 25 sent dəyər qazanaraq bir bareli 59.95 dollara yüksəlib.
Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında əvvəli seansı 0,5% artımla başa vurduqdan sonra 0,4% yüksələrək bir bareli 63.56 dollara qədər bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!