Neft qiymətləri 1 faizdən çox ucuzlaşıb | Banco.az

Neft qiymətləri 1 faizdən çox ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti həftəlik qazanca baxmayaraq, yeni günə dəyər itkisi ilə başlayıb.

Banco.az xəbər verir ki, bu həftə dolların nisbətən zəifləməsi ilə əlaqədar neft bazarlarında yuxarı yönlü hərəkətlilik qeydə alınıb.

ABŞ xam neftinin bir bareli həftənin sonuncu ticarət günü 1,20 faiz ucuzlaşaraq 88,01 dollara geriləsə də, həftə ərzində 3 faizdən çox bahalaşmışdı.

Brent markalı neftin bir bareli isə 0,95% dəyər itirməklə 96,04 dollara düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram