Neft qiymət dalğalanmalarını şərtləndirən bir sıra amillər | Banco.az

Neft qiymət dalğalanmalarını şərtləndirən bir sıra amillər

Neft qiymət dalğalanmalarını şərtləndirən bir sıra amil vardır ki, onları iqtisadi və siyasi kimi təsnifləşdirmək mümkündür. Bu amillər biri kimi OPEK və onu dəstəkləyən ölkələr arasındakı sazişləri göstərmək olar. OPEK 2016-cı il noyabrın 30-da Vyanada neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə neft hasilatının oktyabr ayında olan səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması barədə razılığa gəlib. OPEK-ə daxil olmayan 11 ölkə 2016-cı il dekabrın 10-da öz hasilatlarının ümumilikdə 558 min barrel, o cümlədən Azərbaycan gün ərzində 35 min barrel azaldılması barədə saziş imzalayıblar. 2017-ci il mayın 25-də isə OPEK-in Nazirlər Şurasının 172-ci iclası çərçivəsində üzv ölkələr və sazişə daxil olmayan ölkələr neft hasilatının məhdudlaşdırılmasının 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılığa gəliblər. OPEK-ə üzv ölkələr və sazişə daxil olmayan ölkələrin 2017-ci il noyabrın 30-da OPEK Nazirlər Şurasının 173-cü iclası çərçivəsində keçirilən üçüncü görüşündə neft hasilatının məhdudlaşdırılması barədə sazişin müddətinin 2018-ci ilin sonunadək uzadılması barədə qərar qəbul edilib. OPEK üzvü və OPEK-ə üzv olmayan ölkələrin bu razılaşmasına Azərbaycan da qoşulub. Ölkəmiz bununla əlaqədar, ötən il və cari ilin iki ayı ərzində bütün öhdəlikləri yerinə yetirib. Bundan əlavə ABŞ-in neft istehsalında artışı, irihəcmli neft istehlakçılarının sənaye durğunluqları kimi amilləri misal göstərmək olar.

Ən sərfəli kredit üçün müraciət et

 

Fuad VAHABZADƏ, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et