Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri qismən bahalaşıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Səudiyyə Ərəbistanının Energetika Nazirinin OPEC+ tərəfindən verilən qərarı dəstəkləməsi və lazım olduğu təqdirdə sözügedən qərarın dəyişdirilə biləcəyini söyləməsindən sonra stabilliyini saxlayır.
ABŞ xam neftinin (WTI) may fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,2% yüksələrək bir bareli 59.72 dollara qalxıb.
Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında stabilliyini saxlamaqla bir bareli 63.19 dollardan icra edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!