Neft-qaz və neft-kimya komplekslərinə yatırılacaq investisiyanın strukturu açıqlanıb | Banco.az

Neft-qaz və neft-kimya komplekslərinə yatırılacaq investisiyanın strukturu açıqlanıb

Gələn ildən etibarən Azərbaycanda Neft-qaz və neft kimya komplekslərinin tikintisinə başlanılacaq.

Bunu bu gün Bakıda keçirilən II Azərbaycan və Xəzər dənizi neft-qaz həftəsi çərçivəsində keçirilən tədbirdə Neft-qaz və neft kimya kompleksi layihənin təşkili və müqavilələr departamentinin rəhbəri Orxan Cəfərov bildirib.

Onun sözlərinə görə, bu kompleksin tikintisi iki mərhələdən ibarət olacaq: “Qaz emalı zavodunun tikintisi ilə bağlı gələn ilin ilk yarısında tender elan olunacaq. Tenderin qalibi məlum olduqdan sonra, 2015-ci ilin sonunda qaz zavodunun tikintisinə başlanılacaq. Hər iki kompleks, həm qaz emalı zavodu, həm də neft-kimya zavodu 2020-ci ildə tikintisi bitiriləcək və kompleks tam gücü ilə istifadəyə veriləcək”.

Ən sərfəli kredit üçün müraciət et

O. Cəfərov bildirib ki, neft-qaz və neft-kimya kompleksinin birinci fazasının dəyəri 7 mlrd. dollar olacaq: “Azərbaycan bu xərcin 30%-i ödəyəcək. Qalan 70% isə beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdiriləcək. Cəlb olunan vəsaitin ödənməsinə isə 4-5 ildən sonra başlanacaq. Bu layihə Azərbaycana 2 mlrd. dollar gətirəcək və ölkənin investisiya mühitinə müsbət təsir edəcək”.

Mənbə

APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et