Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları | Banco.az

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları

Vergi ödəyicilərindən, o cümlədən müəssisə və təşkilatlardan onların fəaliyyətinin hansı hallarda neft-qaz sahəsində, dövlət sektorunda və ya qeyri-dövlət sektorunda fəaliyyət hesab edilməsi barədə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Vergi nəzarəti tədbirləri zamanı muzdlu işlə əlaqədar gəlir vergisinin və sosial sığorta haqlarının hesablanması məqsədləri üçün ayrı- ayrı hallarda neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının müəyyən edilməsi zamanı əvvəlki təqvim ilində neft-qaz sahəsinə aid olan vergi ödəyicisi növbəti ildən Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərmədiyi halda:

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə, həmin subpodratçıların neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri hesab olunması şərti mövcud subpodratçılara (Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə bağlanmış və qüvvədə olan subpodrat müqaviləsinə əsasən subpodratçı kimi çıxış edən şəxslərə) münasibətdə tətbiq edilir. Növbəti ildə müqavilə üzrə fəaliyyət göstərilmədiyi, yəni Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mallar (işlər, xidmətlər) təqdim edilmədiyi halda, həmin şəxslər neft-qaz sektoruna aid edilmirlər.

Misal: "A" MMC-nin 2018-ci il üzrə gəlirlərinin 50 faizindən çoxu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərməsindən formalaşmışdır. "A" MMC-nin 2019-cu ildən Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə bağlanmış müqaviləsinin müddəti bitmişdir və digər şəxslərə xidmət göstərir. Bu halda "A" MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir və muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisini güzəştli dərəcələrlə hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

"A" MMC 2019-cu ildən yeni müqavilələr üzrə Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərməyə başladığı halda, yeni yaradılan subpodratçılar üçün müəyyən olunmuş meyar üzrə neft-qaz sektoruna aid edilə bilər.

Yeni yaradılan subpodratçı ilin əvvəlindən bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq).

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et