NEFT ÖLKƏLƏRİ YENİ PARADOKSLA ÜZ-ÜZƏ | Banco.az

NEFT ÖLKƏLƏRİ YENİ PARADOKSLA ÜZ-ÜZƏ

Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və qrup ilə birlikdə hərəkət edən istehsalçılar, ABŞ Prezidenti Donald Tramp ilə neft qiymətlərində kəskin azalma arasında qalıb.

Neftin daha da ucuzlaşması riskini gözə almaq, ya da ABŞ Prezidenti Donald Trampın qəzəbinə məhəl qoymamaq - OPEC bu iki variantdan birini seçmək vəziyyətindədir.

OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçılar Trampın "Twitter" üzərindən etdiyi yüksək qiymət xəbərdarlığının ardından yeni bir paradoksla üz-üzədir: Neft ixrac edən iqtisadiyyatlara mənfi təsir edəcək bir çöküşü qəbul etmək, ya da Trampa meydan oxumaq.

OPEC, ABŞ-ın rekord səviyyədə nefti istehsalından qaynaqlanan təklif artıqlığını azaltmaq üçün ötən ay yeni hasilatı azaltmağa başlayıb.

Xam neft qiymətlərinin bu il 20%-dən artıq yüksəlməsi iki böyük OPEC istehsalçısı İran və Venesuela üzərində diplomatik təzyiq tətbiq edən Tramp üçün maneə yaradır.

Analitiklər bildirirlər ki, yaxın tarix Səudiyyə Ərəbistanı və OPEC-in Prezident Trampın təzyiqinə məhəl qoymadığını göstərdi. Neft qiymətləri Vaşinqtonda siyasi olaraq həssas səviyyələrə qalxdıqca OPEC+ üzvləri hasilatı azaltmağı düşünəcəklər. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan da OPEC ilə birgə hərəkət edir və hasilatını azaldır.

 

NEFT QİYMƏTLƏRİ TRAMPIN AÇIQLAMASI İLƏ DÜŞDÜ

Dünən ABŞ Prezidenti Donald Tramp "Twitter" üzərindən, "Neft qiymətləri çox yüksəlir, OPEC bazarı sakitləşdirməlidir. Dünya neftin qiymətində artımın öhdəsindən gələ bilməz" açıqlamasını edib.


 
Çin-ABŞ görüşlərindəki nikbinliyin də təsirilə gün ərzində 67,60 dollara qədər qalxan Brent neftin barrel qiyməti Trampın açıqlamasından sonrası 4%-ə yaxın düşərək 64,68 dollar səviyyəsinə enib.

Oil prices getting too high. OPEC, please relax and take it easy. World cannot take a price hike - fragile!

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et