Tamara Mustafayeva, Banco.az
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun mənfəəti neftin qiymətinin qalxması və hasilatın artması səbəbindən ilin II rübündə 90 faiz artıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Aramco"nun II rübdə xalis mənfəəti 48,4 milyard dollara yüksəlib. Şirkət ötən ilin eyni dövründə 25,5 milyard dollar xalis mənfəət açıqlamışdı.
"Saudi Aramco"nun səhmləri isə bu il 25 faizdən çox bahalaşıb.
Qeyd edək ki, "ExxonMobil" və "BP" kimi dünyanın ən böyük neft şirkətləri
Ukraynadakı müharibənin səbəb olduğu əmtəə qiymətlərinin artması səbəbindən bu dövrdə rekord mənfəət əldə etdiklərini elan ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!