Neft investisiyalarının 6 faiz azalacağı gözlənilir | Banco.az

Neft investisiyalarının 6 faiz azalacağı gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il onuncusu hazırlanan Dünya Enerji İnvestisiya Hesabatını yayımlayıb.

Banco.az xəbər verir ki, IEA-nın məlumatına görə, 2025-ci ildə qlobal neft yatırımlarının 6 faiz azalacağı gözlənilir. Bu, qlobal KOVID-19 böhranı istisna olmaqla, son on il ərzində ilk dəfə yaşanacaq azalmadır.

ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları siyasəti qlobal iqtisadiyyatı yavaşlatmaq təhlükəsi yaratdığı üçün xam neftin qiymətində azalma müşahidə olunur, digər tərəfdən isə OPEC+ təşkilatı təklifin yetərli olduğu bir bazarda istehsalı yenidən artırmaq səylərini sürətləndirib.

Hesabata görə, IEA-nın 2025-ci ilə dair ilkin proqnozları göstərir ki, neft və təbii qaz xərcləri sabit qalacaq, lakin neft qiymətlərinə təzyiqlə iqtisadi inam azalıb.

Digər tərəfdən, neft xərclərindəki azalma IEA-nın 2025-ci il üçün ümumi neft və qaz investisiya proqnozunu təxminən 4 faiz azaldaraq 570 milyard dollardan aşağıya endirir. 2025-ci ildə qlobal neft emalı zavodlarına yatırımların son 10 ilin ən aşağı səviyyəsi olan təxminən 30 milyard dollara düşəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram