Neft hasilatının azaldılması 2022-ci ildən sonraya uzadıla bilər | Banco.az

Neft hasilatının azaldılması 2022-ci ildən sonraya uzadıla bilər

Aprelin 9-da hazırkı dövrdə neft hasilatını 9,7 milyon barel azaltmaq barədə razılaşan OPEC+ formatının iştirakçısı ölkələri cari iln ikinci yarısı üçün azaltma həcmini 7,7 milyon barel səviyyəsində müəyyənləşdirib.

Bu barədə yeni razılaşmadan sonra yayılmış məlumatda bildirilir. 

Daha sonra isə 2022-ci ilin 30 aprel tarixinədək azaltma 5,8 milyon barel miqdarında nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hasilatı azaltmaq üçün istinad nöqtəsi 2018-ci ilin oktyabr ayı səviyyəsi, Səudiyyə Ərəbistanı ilə Rusiya üçün isə 11 milyon barel həddi seçilib.

2022-ci il 30 aprel  tarixindən sonrakı dövr üçün hasilatın azaldılıb-azaldılmayacağı məsələsi OPEC+ ölkələri tərəfindən 2021-ci ilin dekabr ayında müzakirə olunacaq.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et