2016-cı ilin dekabr ayının nəticələrinə əsasən, investisiya portfelinin 8,5%-i xarici menecerlər tərəfindən idarə edilir.
Bu barədə ARDNF-nin 2016-cı il üzrə audit hesabatında yer alan məlumatda deyilir. Hesabat "PricewaterhouseCoopers Audit Azerbaijan LLC" tərəfindən aparılıb.
ARDNF-nin vəsaitlərin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də, qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir.
Fondun vəsaitlərinin bir hissəsi aşağıda qeyd edilən xarici menecerlər tərəfindən idarə olunur:
Sabit gəlirli qiymətli kağızlar üzrə:
• Dünya Bankı – ARDNF-nin aktivlərinin 226 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,7%-ni) idarə edir.
• “Deutsche Bank Advisors” – ARDNF-nin aktivlərinin 102 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,3%-ni) idarə edir.
Səhmlər üzrə:
• “UBS Asset Management” – ARDNF-nin aktivlərinin 1 274 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 3,9%-ni) idarə edir.
• “State Street Global Advisors” (SSgA) – ARDNF-nin aktivlərinin 1 215 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 3,7%-ni) idarə edir.
Mənbə: Oxu.az