Neft Fondunun investisiya portfelində dolların payı azalıb | Banco.az

Neft Fondunun investisiya portfelində dolların payı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Neft Fondunun (ARDNF) bu ilin 30 sentyabr tarixinə cəmi investisiya portfeli 61 190,8 milyon dollar təşkil edib.  

Banco.az bu barədə Fonda istinadən xəbər verir.

Fondun investisiya portfelinin xarici valyutalar üzrə bölgüsünə əsasən vəsaitlərin 67%-ni ABŞ dolları təşkil edir. 1 iyul tarixində bu göstərici 69,2% idi. 

Məlumata görə, vəsaitlərin 20,3%-ni avro, 5,1%-i ingilis funt sterlinqi, 1,4%-i Yapon yeni, 2,6%-i Çin yuanı, 3,6%-ni digər valyutlar təşkil edib.

Əlavə edək ki, ABŞ dolları portfelinin 10 milyard 844,9 milyon dollarlıq hissəsini (17,7%) qızıl investisiyaları təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et