Neft Fondunun gəlirləri iki dəfə azalıb | Banco.az

Neft Fondunun gəlirləri iki dəfə azalıb

Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 2015-ci ilin birinci yarısının yekunlarına görə, 4 milyard 54 milyon manat (təqribən $3,9 milyard) vəsait daxil olub.

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, bu barədə ARDNF-ın ikinci rübün yekunları ilə bağlı açıqlamasında bildirilir.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyununda ARDNF-a daxil olan vəsaitlərin ümumi məbləği 6 milyard 493,6 milyon və ya $8,3 milyard təşkil edib. Bu baxımdan ötən ilin birinci yarısının göstəriciləri ilə müqatisədə Neft Fondunun gəlirləri manatla təqribən 33%, ABŞ dolları ilə isə 2,1 dəfə azalıb. 2014-cü ildə Neft Fondunun ümumi gəlirləri təqribən 16 milyard manat təşkil edib.

ARDNF-ın gəlirləri (mlrd-manat)


"Caspian Barrel"dən bildirilib ki, Neft Fondunun gəlirlərinin azalması dünya bazarlarında neft qiymətlərinin təqribən iki dəfə azalması ilə əlaqəlidir. İlin ikinci yarısında isə neft qiymətlərinin bir qədər də azalması tendensiyası haqqında proqnozlar verilir. Bundan əlavə, Azərbaycan neftinin ixrac həcmləri obyektiv səbəblər üzündən IV rübdən başlayaraq bir qədər azalmağa başlayacaq.

Azərbaycan Dövlət Neft Fondu (ADNF) investisiya portfeli valyuta səbətinin diversifikasiyası üçün Çin yuanında investisiyalara başlayıb. Fonddan bildirilib ki, məqsəd investisiya portfeli valyuta səbətinin diversifikasiyasını təmin etməkdir.

Məlumata əsasən, Dövlət Neft Fondu tərəfindən QSC-nin nizamnamə kapitalının artırılması üçün ümumilikdə 369,75 milyon ABŞ dolları (51 faiz) vəsait ayrılıb, o cümlədən 2015-ci ilin ilk yarısı üzrə Dövlət Neft Fondu tərəfindən 318,75 milyon ABŞ dolları İqtisadiyyat və Sənaye Nazirliyinin dövlət xəzinədarlığındakı müvafiq hesabına köçürülüb.

Fondun 2015-ci ilin yanvar-iyun ayları üzrə hesabatında deyilir ki, ilin yanvar-iyun ayları ərzində ARDNF-nin investisiya portfelinin ümumi həcmi 35 726,2 milyon dollar təşkil edib. Bu da ümumi aktiv həcminin 99,8 faizi deməkdir. İlin ilk rübünün yekunlarına əsasən, ARDNF-nin investisiya portfelinin 50,1 faizi (təqribən 17,89 milyard dollar) dollarda cəmlənib.

ARDNF-ın investisiya portfelinin cəmləşdiyi valyutaların həcmi aşağıdakı cədvəldəki kimidir:

Ən sərfəli kredit üçün müraciət et


Beləliklə, bu il iyulun 1-nə olan məlumata əsasən, ARDNF-nin aktivləri ilin əvvəlindən 3,56 faiz azalaraq 35 783, 3 milyon dollar təşkil edib.

ADNF 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard yuanlıq investisiya üçün lisenziya alıb və bankla istiqrazların alqı-satqısı və saxlanması barədə müqavilə imzalanıb. Proses iyulun 1-dən başlayıb. Növbəti mərhələdə Çinin səhm bazarlarına investisiya yatırımları nəzərdə tutulur. Bu məqsədlə Dövlət Neft Fondu Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsindən lisenziya almağı planlaşdırır.

“Cənub Qaz Dəhlizi”nin nizamnamə kapitalı 2,4 dəfə artırılıb. “Cənub Qaz Dəhlizi” QSC-nin Müşahidə Şurası və Ümumi Yığıncağının qərarlarına əsasən, cəmiyyətin nizamnamə kapitalı 725 milyon ABŞ dolları məbləğinə qədər artırılıb.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun saytında məlumat verilib. QSC-nin ilkin kapitalı 100 milyon dollar təşkil edirdi. 2015-ci ilin fevralında isə QSC-nin səhmlərinin nominal dəyərinin dəyişməsi nəticəsində Cəmiyyətin kapitalı 300 milyon dollara çatdırılmışdı.

Ən sərfəli krediti almaq üçün müraciət et