Neft Fondu bu il Mərkəzi Banka 2,4 mlrd. manat transfert edib | Banco.az

Neft Fondu bu il Mərkəzi Banka 2,4 mlrd. manat transfert edib

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2017-ci ilin yanvar-iyun ayları ərzində 6 127,2 mln. manat, büdcə xərcləri isə 5 533,8 mln. manat təşkil edib.

Fonddan verilən məlumata görə, hesabat dövründə ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 458,8 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 443,1 mln.manat, bonus ödənişləri 2,4 mln.manat, akrhesabı ödənişlər 3,6 mln. manat, tranzit gəlirləri 9,7 mln.manat təşkil edib.

Bu ilin ilk yarısında ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 668,4 mln.manata bərabər olub.

Hesabat dövrü ərzində Fondun 2017-ci il büdcəsinin icrası çərçivəsində 2 991,0 mln.manat dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 56,4 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 21,5 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,7 mln. manat vəsait ayrılıb. Birinci yarımillikdə 4,7 mln.manat Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 448,3 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. Hesabat dövründə ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 9,2 mln. manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərcləri 98,4 mln. manat təşkil edib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et