Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Azərbaycan Beynəlxalq Bankına depozitin yerləşdirilməsini şərh edib.
Ş. Mövsümov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, qaydaya görə, Fond aktivlərinin 5%-ini yerli bazarda yerləşdirə bilər: "Bu da təxminən $1,6 mlrd. edir. Biz $1 mlrd. yerləşdirmişik. Daha $600 mln. yerləşdirmək fikrimiz yoxdur".
Qeyd edək ki, vəsait 1 il müddətinə, 4%-lik gəlirliliklə yerləşdirilib.
İcraçı direktor əlavə edib ki, bankın istəyi olarsa, depozitin müddəti uzadılacaq.
Ş. Mövsümov bildirib ki, Fondun başqa banka depozit yerləşdirmək fikri yoxdur.
Mənbə : apa.az