Brent nefti 5,7% ucuzlaşaraq barelinin qiyməti 55,92 dolları, ABŞ xam nefti isə 8%ucuzlaşaraq bareli 46.20 dolları görüb (saat 08:00-a olan məlumat).
Oktyabr ayının 3-də Brent neftinin qiyməti 86 dollara yaxınlaşmışdı. Bu səviyyə ilə müqayisədə Brent nefti təxminən 35% ucuzlaşıb.
İnvestorlar, OPEC + koalisiyasının hasilatın azaldılması qərarının ABŞ-da istehsalın artdığı bir şəraitdə işə yarayıb yaramayacağı məsələsində daha çox işarə axtarırlar.
ABŞ-da istehsalın artacağına dair proqnozlar, aralarında Səudiyyə Ərəbistanı və Rusiyanın da olduğu OPEC + koalisiyasının qərarı ilə bağlı qeyri-müəyyənlik yaradır. OPEC+ hasilatın gələn ilin əvvəlindən 1,2 milyon barel azaldılmasına qərar verib.
Marja.az