Neft bazarları oktyabrı aylıq mənfəətlə başa vurmağa hazırlaşır | Banco.az

Neft bazarları oktyabrı aylıq mənfəətlə başa vurmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft bazarları bir neçə aydan sonra ilk dəfə aylıq mənfəətə hazırlaşır.

Banco.az xəbər verir ki, əsas gündəm mövzusu bazarı sərtləşdirmək üçün OPEC+ tərəfindən hasilatın böyük ölçüdə azaldılması ehtimalı olan neft birjaları may ayından bəri ilk dəfə aylıq mənfəət əldə etməyə hazırlaşır.

ABŞ xam neftinin fyuçers qiyməti hazırda cüzi ucuzlaşma ilə 87 dollar səviyyəsində ticarət edilsə də, ay ərzində təxminən 11 faiz bahalaşıb ki, bu da yanvar ayından bəri ən böyük mənfəətdir.

Brent markalı neftin bir bareli isə hazırda 95,08 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram