Neft bahalaşmaqda davam edir | Banco.az

Neft bahalaşmaqda davam edir

Bakı vaxtı ilə saat 11:30-a olan məlumata görə, Brent nefti 1,2% bahalaşaraq 56,60 dollara, ABŞ xam nefti isə 1,3% bahalaşaraq 47.74 dollara qalxıb.

Neft qiymətləri bu həftə 4.3 faiz yüksəlib. Qiymətlər ötən ilin son üç ayında 38% düşmüşdü.

Bir sıra analitiklər bildirirlər ki, xam neftin qiyməti dibi görüb və yüksəlməsi gözlənilir. Ancaq mövsümi amillər və digər maliyyə bazarlarındakı risklərə görə ucuzlaşa biləcəyi ehtimalı da var. Ancaq neft dünən qiymətli kağızlarındakı ucuzlaşmanı nəzərə almayaraq bahalaşıb. Bu ümid verən bir işarədir. 

Ən sərfəli kredit üçün müraciət et

ABŞ və Çin arasında ticarət müharibəsi, Vaşinqtondakı siyasi qarışıqlıq, qlobal mərkəzi bankların faiz artırması, qlobal iqtisadi artımın zəifləməsi və ABŞ-da hasilatın artması neftə mənfi təsir göstərir.

2019-cu ilin əvvəlindən OPEC və tərəfdaşları hasilatın azaldılması müqaviləsinin təbiqinə də başlayıblar.

Bu gün ABŞ-da neft hasilatı və ehtiyatları barədə göstəricilər açıqlanacaqdır. Əgər ehtiyatlar azalarsa və neft hasilatının artması səngiyərsə qiymətlər daha da yüksələ bilər. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et