Neft bahalaşmağa davam edir | Banco.az

Neft bahalaşmağa davam edir

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri bahalaşmağa davam edir.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri OPEC+ ölkələrinin pandemiya səbəbilə yaranan qlobal tədarük bolluğunu azaldacaqlarına dair açıqlamalardan sonra yüksələn dinamika ilə davam edir.

Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 56 dollara yüksəlib.

ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 09:08-də 0.5% yüksəlməklə 55.99 dollar səviyyəsində icra edilir.

Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 1.7% yüksəldikdən sonra yenidən 0.4% yüksələrək bir bareli 58.69 dollara qədər bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram