Neft, ABŞ-ın ehtiyatlarındakı azalma ilə bahalaşıb | Banco.az

Neft, ABŞ-ın ehtiyatlarındakı azalma ilə bahalaşıb

ABŞ-da özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, xam neft ehtiyatları ötən həftə 10.96 milyon barrel düşüb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatın ehtiyatların bu həcmin yarısı qədər azalma göstərməsi gözlənilir. Həmçinin ABŞ Ticarət nümayəndəsi Robert Lighthizer Çin rəsmiləri ilə üz-üzə danışıqlar aparmaq üçün Çinə gedəcək. Dünyanın ən böyük iki iqtisadiyyatı arasında danışıqların bərpa edilməsi bazarlarda narahatlığı bir qədər azaldıb.

Əgər API-nin neftbaza göstəriciləri Enerji İnformasiya idarəsinin (EIA) rəsmi məlumatları ilə təsdiq edilərsə, ABŞ-da xam neft ehtiyatları altıncə həftə azalmış olacaq. Bu vəziyyət, Fars Körfəzində davam edən geosiyasi gərginliyin regiondan neft nəqlinə mənfi təsir göstərəcəyi narahatlıqlarının artdığı bir şəraitdə təklifin azalacağına işarə edir. Ancaq, tələbin azalacağı proqnozu, Beynəlxalq Valyuta Fondunun (BVF) Çərşənbə axşamı günü qlobal iqtisadi inkişaf proqnozlarını aşağı salması, ticarət məsələsində yanlış siyasət addımları və Brexit narahatlıqları ilə qalmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

Bakı vaxtı ilə saat 12:20-də Brent nefti 0,2% bahalaşma ilə 63.95 dollardan alıcı tapıb. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et