Neft ABŞ-da hasilatın aşağı düşəcəyi gözləntisi ilə bahalaşıb | Banco.az

Neft ABŞ-da hasilatın aşağı düşəcəyi gözləntisi ilə bahalaşıb

Neft qiymətləri, ABŞ-da aktiv neft qazma qurğularının sayının bir ildən çox müddətin ən aşağı səviyyəsinə enməsilə əlaqədar olaraq yüksəlib. ABŞ-da qazılan quyuların azalması, ABŞ-Çin ticarət müharibəsinin neftə tələbin azalmasına səbəb olacağı narahatlıqlarının təsirini azaldıb.

Baker Hughes-ın cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da aktiv neft qazma qurğularının sayı ötən həftə daxil son altı həftədə beş dəfə azalıb və 2018-ci ilin Mart ayından bu yana ən aşağı səviyyəsinə enib. ABŞ Prezidenti Donald Tramp, Çin ilə gərginliyin artmasının sonra Tokioya səfər edib. Tramp bu səfərində, Ağ Evin Yapon avtomobillərinə gömrük tariflərinin artırılacağı təhdidinin ardından bir razılığa gəlməyə çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər bildirirlər ki, ABŞ-da qazma qurğuların sayındakı azalmanın təsiri yəqin ki, qısamüddətli olacaq və neft qiymətləri bu həftə yəqin ki, təzyiq altında qalacaq.

Brent nefti Cümə günü 1.4 faiz bahalaşdıqdan sonra hazırda 68.71 dollar səviyyəsindədir.

Marja