Neçə yaşında daha uğurlu ola bilərsiniz? | Banco.az

Neçə yaşında daha uğurlu ola bilərsiniz?

Çoxlarımız əksər uğurların gənc yaşlarda əldə edildiyinə inanır və yaş ötdükcə hədəflərinə çatmaq üçün gecikdiklərini düşünürlər. Bəs, həqiqətən də uğura çatmaq üçün müəyyən bir yaş həddi varmı? “Adioma” saytının mövzu ilə bağlı yayımladığı qrafiklər sualın cavabını tapmaqda köməklik edir.

“Forbes” jurnalının “100 ən uğurlu qurucu şəxs” siyahısında adları qeyd edilən qurucuların avtobioqrafiyalarına nəzər saldıqda görürük ki, uğurlu şirkət qurmaq üçün ən ideal yaş 35 – dir. Lakin qeyd edək ki, köhnə şirkətlərin davamı olaraq təsis edilən şirkətlər və dövlət şirkətləri bu müqayisəyə daxil edilməmişdir. “Adioma” saytının hazırladığı qrafikə görə, böyük şirkətlərin əsasən qurulduğu yaş aralığı 25-44 – dür və qrafikdə bu 20 illik müddət dörd ayrı yaş aralığına bölünmüşdür.

25 ilə 29 yaş aralığında şirkət quran insanlar və təsis etdikləri şirkətlər aşağıdakı qrafikdə göstərilmişdir:

30 ilə 34 yaş aralığında şirkət quran insanlar və təsis etdikləri şirkətlər aşağıdakı qrafikdə göstərilmişdir:

35 ilə 39 yaş aralığında şirkət quran insanlar və təsis etdikləri şirkətlər aşağıdakı qrafikdə göstərilmişdir:

40 ilə 44 yaş aralığında şirkət quran insanlar və təsis etdikləri şirkətlər aşağıdakı qrafikdə göstərilmişdir:

Ən sərfəli kredit üçün müraciət et

Orta yaş depressiyası

İnsanların əksəriyyəti orta yaşlarda olarkən uğura nail olurlar. Başqa sözlə artıq orta yaşa çatdıqda psixolojik olaraq bəzi böyük uğurlara imza atacağımızı gözləyirik və bu gözləntimiz reallaşmadığı təqdirdə də “orta yaş depressiyası” – na düşürük.

20 – li yaşlarda universitetdən məzun olduqdan sonra əgər karyera baxımından istədiyimiz yerdə deyiliksə, valideynlərimizin də bizdən gözləntilərini nəzərə alsaq bir böhran vəziyyətində özümüzü hiss etməyimiz normaldır. Bu vəziyyət “orta yaş depressiyası” adı verilən yeni bir anlayışın yaranmasına səbəb oldu. Hazırda insan ömrünün orta hesabla 78 il olduğunu və bu göstəricinin hər il artdığını nəzərə alsaq, 20 – li yaşlarda olarkən həyatımızın dörddə bir hissəsini geridə buraxdığımızı və bu anlayışın da buradan yarandığını deyə bilərik.

Uğura erkən yaşda yoxsa daha gec nail olmaq yaxşıdır?

Əslində uğura hansı yaşda çatdığınızın çox da böyük əhəmiyyəti yoxdur. Hər kəsin həyat yolu fərqlidir və həyat şəraitləri kimi müxtəlif səbəblərdən ötrü, bir çox böyük şirkətlərin yaradıcıları fərqli yaşlarda öz şirkətlərini qurmaq üçün ilk addımı atmışlar.

Məsələn, Charles Flint “IBM” şirkətini təsis etdiyi zaman 61 yaşında idi və bu yaş bugün bir çox insanın fikrincə belə böyük bir şirkət qurmaq üçün olduqca gecdir. Lakin, Charles Flint 61 yaşındaykən “IBM” – i qurmaq üçün addım atmasaydı, bəlkə də bugün informasiya texnologiyaları hazırki inkişaf səviyyəsinə çatmayacaqdı.

Son olaraq deyə bilərik ki, neçə yaşında olmağınızdan asılı olmayaraq uğur qazanmaq üçün əsla gec deyildir və elə məhz bu an hədəflərinizə çatmaq üçün çalışmağa başlayın.

Tamara Mustafayeva, banco.az