Necə varlanmaq olar? - Milyonçuların təcrübəsi | Banco.az

Necə varlanmaq olar? - Milyonçuların təcrübəsi

Formulunu bildikdə hər kəs vaxta və pula qənaət edə bilər. Tədqiqatçı Thomas C.Corley milyonçuların necə varlandığını araşdırmaq üçün 233 milyonçu ilə görüşdü.

Insanlar varlı olmaq üçün hansı sənət sahəsi, hansı sektor və ya işlə maraqlanmalıdırlar, cavabı aşağıda göstərilmişdir:

1. Böyük bir şirkətdə işləyin

Tədqiqat üçün görüşülən varlı şəxslərin 23-ü çoxmillətli və açıq səhmdar şirkətlərdə ən yüksək vəzifələrdə çalışan insanlardır. Belə şirkətlərdə işləyib varlı olmağın yolu odur ki, əgər şirkət açıq səhmdar şirkətidirsə və işçilərinə endirimli səhm alışı imkanı yaradırsa, zamanla işlədiyiniz şirkətə ortaq ola bilərsiniz. Məsələn, tədqiqatdakı digər milyonçulardan ikisi 35 il boyunca işlədikləri şirkətdən səhm almaqla varlanan, əvvəl isə aşağı vəzifələrdə işləyənlərdir.

2. Peşəkarlaşın

Tədqiqata qatılan milyonçulardan 27%-i öz işində peşəkarlaşan insanlardır.

Sizin də ananız uşaqlıqda sizə həkim olmağınızı məsləhət görübsə, çox düzgün hərəkət edib. Çünki, bu 27%-i əhatə edən milyonçuların da 56%-i həkimlərdən ibarətdir. Öz işində peşəkarlaşaraq varlananlar sırasında həkimlərdən sonra vəkillər, mühəndislər və maliyyə planlaşdırıcıları gəlir.

3. Öz işinizi qurun

Ən sərfəli kredit üçün müraciət et

Öz sərvətini özü toplayan insanların 61%-i kiçik iş yeri sahibi olan insanlardır. Onların 22%-i də peşəkar sənət sahibləridir. Yəni bu deməkdir ki, qalan 39%-lik hissə isə müəyyən sənət sahələrində peşəkar olmayan iş yeri sahibləridir. Bəs buraya kimlər daxildir?

  • 19%-i daşınmaz əmlak sektorunda işləyənlər
  • 7%-i pərakəndə satış sektorunda işləyənlər
  • 5%-i avtomobil alqı-satqısı ilə məşğul olanlar
  • 4%-i illik qulluq tələb edən xidmət sektorunda işləyənlər
  • 3%-i taxta məmulatları istehsal edənlər
  • 1%-i digər kateqoriyada yer alır.

4. Satışla məşğul olun

Əgər varlanmaq istəyirsininizsə, satışla məşğul olun. Tədqiqatdakı insanların 11%-i satışla məşğul olan insanlardır. Bu insanların bəziləri eyni zamanda böyük şirkətlərdə işləyir, bəziləri isə özlərinin kiçik bizneslərini idarə edirlər.

Varlanmalarına səbəb olan yeganə amil isə alqı-satqı prosesində əldə etdikləri komisyon haqqlarıdır.

Tamara Mustafayeva, banco.az