Necə əvəzolunmaz işçi ola bilərsiniz? | Banco.az

Necə əvəzolunmaz işçi ola bilərsiniz?

Əvəzolunmaz işçi olmaq gözəl duyğudur. Məsələ təkcə tərif eşitmək, təqdir olunmaqda deyil. Komanda üçün, həqiqətən, faydalı bir şey etdiyini bilmək özünəinamı artırır. “Ladders” portalının tədqiqatçıları əvəzolunmaz işçilər üçün xarakterik olan doqquz keyfiyyət haqqında danışıblar.

1. Müstəqil olun

Məsuliyyətdən imtina etməyin və gördüyünüz işdən arxayın olun. Peşəkar tapşırıqlarınızı həll edin, lakin tez-tez risklərə getməyin. Kifayət qədər məlumatınız olmadığını görürsünüzsə, daha səriştəli mütəxəssislərə müraciət etməkdən çəkinməyin.

2. Özünüinkişaf barədə unutmayın

Hansı sahədə və hansı sürətlə inkişaf edəcəyinizə təkcə siz qərar verirsiniz. Əsas odur ki, heç vaxt dayanmayasınız. Bu, ard-arda bütün yeni kurslara yazılmaq və ya daim tədris podkastlarını dinləmək lazım olduğunu ifadə etmir. Doğrudan, maraqlandığınız bir şeyi öyrənməyə vaxt ayıra bilərsiniz. İstər peşənizlə bağlı olsun, istərsə də fərqli bir sahəylə.

3. Tənqidi ləyaqətlə qəbul edin

Ətrafınızdakılarla geri əlaqəni möhkəm saxlayın. İşiniz və şəxsən sizinlə bağlı düşüncələr, rəylər həmişə parlaq olmaya bilər, bu hətta faydalıdır da. Sizi xoşlamayan biri varsa, bunun səbəbinin nə olduğunu öyrənməyə çalışın. Bəlkə də, bu yolla üzərində işləməli olduğunuz cəhətlərinizi aşkar edəcəksiniz (ancaq həmin şəxsin sadəcə öz xarakterində problem olması ehtimalı da mövcuddur).

Həmçinin oxu: Niyə işçiləri nəticəyə görə deyil, səylərinə görə mükafatlandırmaq lazımdır?

4. Güclü cəhətlərinizi bilin

Nələrdə yaxşı və peşəkar olduğunuzu müəyyənləşdirin.

5. İstedadınızı gizlətməyin

Güclü cəhətlərinizi müəyyən edərkən aşkarladığınız qabiliyyətlərinizi gizlətməyin. Unutmayın ki, peşəkarlıq ilk növbədə gördüyünüz işlə bağlıdır. Öhdəsindən layiqincə gələ bilmədiyiniz işlərdə özünüzü boş yerə tərifləməyin.

Ən sərfəli kredit üçün müraciət et

6. Komanda oyunçusu olun

Bu, o demək deyil ki, özünüzü unutmalı və komanda ilə vahid vəhdət təşkil etməlisiniz. Xeyr. Sadəcə eqoist olmayın — iş yoldaşlarınızı dinləyin və əgər işlərin gedişatına mane olmayacaqsa, onlara güzəştə gedin. Hər hansı məsələ kollektiv həll tələb edirsə, fikrinizi, mövqeyinizi ortaya qoyun, lakin diqqət mərkəzində olmağa çalışmayın.

Həmçinin oxu: Bank işçisi və bankir bir-birindən nə ilə fərqlənir?

7. Özünüzə güvənin

İntuisiya barədə unutmaq olmaz. Altıncı hissin tam olaraq nə olduğunu heç kim izah edə bilməz (lakin bu, əlbəttə ki, bu, intuisiyanın olmadığını bildirmir). Aradabir özünüzü dinləməyi unutmayın.

8. Öz işinizə cavabdeh olun

Layihəniz uğursuz alınsa, təqsirkar axtarmayın. Müstəqil olaraq həm işinizə, həm də onun nəticələrinə görə məsuliyyət daşıyın.

9. Yaxşı dinləyici olun

Xoş bir həmsöhbət monoloq insanı deyil. Həmkarlar və müştərilərlə ünsiyyət qurmağı öyrənin. Bu məsələdə müvəffəqiyyətin açarı aktiv dinləməkdir. Ünsiyyət qurduğunuz insana qarşı diqqətli olun. Onun danışdıqlarına qulaq asın və suallar verin. Bu, fərqli insanlarla yaxınlaşmağa və onlarda xoş təəssürat oyatmağa kömək edəcəkdir.

Həmçinin oxu: Məşhur milyarder kimləri ən yaxşı əməkdaş hesab edir?

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et