Nə qədər Bitcoin və altcoin saxlayaq? - CAVAB | Banco.az

Nə qədər Bitcoin və altcoin saxlayaq? - CAVAB

Pullarınızı kriptovalyutalara qoymağa qərar verdikdə heç də iş sona çatmış sayılmamalıdır. Nəyi nəyə və nə qədər yerləşdirmək sualı investorları olduqca düşündürür.

Qrafikdə gördüyünüz bir çox investorun portfelindəki vəziyyətdir. Böyük coinlərin yanındakı ICO A, B və C coinlərindən ICO C-nin sizin portfelinizə dostunuz tərəfindən göndərildiyini fərz edək.

ICO C coini bir il sonra Vitalik Baterin kimi qəhrəman taparaq miqyaslanan, sürətli bir sistemə sahib olsun. Mediada hər gün xəbəri yayılan hadisədən sonra portfeliniz bu formaya düşə bilər.

İndi nə olacaq? Dostunuz bəlkə də ən yaxşı dostunuza çevrildi, lakin bu proses sonsuzadək davam edəcəkmi? Nə vaxtsa yeni tənzimləməyə ehtiyac olmayacaqmı? Buna birlikdə nəzər salaq:

Müasir portfel nəzəriyyəsinə əsasən, risklərin idarə edilməsi və mənfəətlərin maksimuma çatdırılması üçün portfeldə dövri olaraq dəyişikliklər edilməsi doğru addım sayılır. Riski minimuma endirib, mənfəəti artırmaq da çətin prosesdir. Bütün yumurtaları eyni səbətə yığsanız, səbət əlinizdən düşəndə əlinizdə sağlam nəsə qalmayacaq.

İşin praktiki hissəsində investorlar bir-birinə uyğun olmayan investisiya vasitələrinə portfellərində yer verirlər. Məsələn, tutaq ki, bir neft şirkəti və ya hava yolu şirkətinin səhmlərinə sahibsiniz. Neft böhranı yaşanan zaman iki firma bir-birlərini neytrallaşdırır. Neft azalırsa, hava yolu qiymətləri artacaq və ya əksi yaşanacaq. Bunu kriptovalyuta portfelimizdə necə əks etdirə bilərsiniz?

Kriptovalyuta sektoru aviaşirkət və ya neft şirkətləri kimi “yetkin” deyil. Bu sektorda məhsulların qiymətləri ziddiyyət təşkil edir. İndiyədək tam yetkinləşməmiş, özünü qlobal bazarda tam sübut etməmiş və hamı tərəfindən tanınmayan məhsullardan söhbət gedir.

Ən sərfəli kredit üçün müraciət et

Az sayda şirkətin sektorun böyük hissəsinə sahib olduğu görülür. Bunlar “Uber” ve “Snapchat” kimi nəhəng şirkətlərdir.

Bu nöqtədə qurumlar bir-birindən ayrılır. Burada qərar mexanizmi özünüzsünüz. Bir çox qurumlar yumurtaları eyni səbətə qoymamağınızı tövsiyə etsə də, bu sektorda hər şey öz istəyinizlə bağlıdır.

Müxtəlif göstərişlər

Sektordakı böyük investorlar nə edirlər? Sektorun “balinası” adlandırılan adlar necə strategiya qururlar? Bəzi iddialara görə, “balinalar” bir layihənin ümumi token təchizatının bir qismini satın alırlar.

Təbii ki, bunu eyni şəkildə etməli deyilsiniz, əlinizdəki pula görə hərəkət edin. Bundan sonra öz tokenlərini yüksələnədək əllərində saxlayırlar. Qiymət artımı olan kimi satıb, başqa tokenlər alırlar. Bir futbol meneceri oyununda çox ucuz qiymətə aldığınız güclü oyunçunu yüksək qiymətə satıb, həmin pulun bir hissəsi ilə başqa bir güclü futbolçu almaq kimi bir şeydir.

Təbii ki, yuxarıda da bəhs etdiyimiz kimi, bu cür addımlar həqiqi mənada bir məqsədə xidmət edən layihələr üçün keçərlidir. Saxtakarlıq və fırıldaqçılıq əməlləri olan, orqanik bir artım yaşamayan, yalnız Blockchain-in adına sığınıb, əslində nəsə vəd etməyən layihələri böyük investorlar istəmirlər.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et