“NBCbank” və "Yunayted Kredit Bank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb | Banco.az

“NBCbank” və "Yunayted Kredit Bank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

“NBCbank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/3  saylı qərarı ilə "NBCbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş  30.12.1992-ci il tarixli, 112  saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 10 sentyabr 2007-ci il tarixdə 34 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "NBCbank" ASC 27 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli,  06/1  saylı qərarı ilə "Yunayted Kredit Bank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş  30.04.1996-cı il tarixli, 240  saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 07 avqust 2007-ci il tarixdə 27 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Yunayted Kredit Bank" ASC 27 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et