NBC Bank zərərdən mənfəətə keçə bildi | Banco.az

NBC Bank zərərdən mənfəətə keçə bildi

NBC Bank 2017-ci ilin yarımillik maliyyə nəticələrini açıqlayıb.

Hesabatlara əsasən bankın cəmi kativləri 169,591 mln. manat təşkil edib. Bu isə 2016-cı ilin sonu ilə müqayisədə 6,7% və ya 10,621 mln. manat çoxdur. Bankın öhdəlikləri isə 8,803 mln. manat artaraq 114,834 mln. manat həddinə çatıb.

Bankın kredit portfeli 127,302 mln. manat, depozit portfeli isə 69,411 mln. manat həcmindədir. 

NBC Bankın kapitalı ötən il ilə müqayisədə 3,4% artaraq 54,757 mln. manat olub.

"Mənfəət və zərər hesabatı"na əsasən bankın faiz gəlirləri və faiz xərclərində 50%-ə qədər azalma var, eyni zamanda bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlara ayırmalarını 2016-cı il ilə müqayisədə 7,249 mln. manatdan 1,364 mln. manata qədər azaldıb. Nəticədə, bank 2017-ci ilin birinci yarımilini mənfəətlə başa vurub. Beləliklə, bankın xalis mənfəəti 1,340 mln. manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bank 2017-ci ilin ilk rübünü 80,5 min manat xalis zərərlə, 2016-cı ili isə 1,797 mln. manat xalis zərərlə başa vurmuşdu.

17 dekabr 1992-ci ildə yaradılan “Ruzu” SKB Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Səhmdar Kommersiya Bankı kimi 25 saylı sənədlə qeydiyyatdan keçmiş və 30 dekabr 1992-ci il tarixindən 112 saylı lisenziyaya əsasən müvafiq bank əməliyyatlarını həyata keçirmişdir.

17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək “NBCBank” KB kimi bank sektorunda fəaliyyəti davam etdirilmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et