NBC Bankın rəhbərliyində dəyişiklik olub.
Bankdan Banco.az-a daxil olan məlumata əsasən, Kazım Zeynalov İdarə Heyəti sədrinin müavini təyin olunub. Bu təyinata qədər K.Zeynalov uzun müddət Bankın “Risklərin Idarə Edilməsi” Departamentinin müdiri kimi çalışıb.
Zeynalov Kazım Ağahəsən oğlu 1980-ci ildə anadan olmuşdur. 1998-2002-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Mühəndis İqtisadiyyatı fakültəsini bitirib. 2009-cu ildən NBC Bankda fəaliyyət göstərir.
NBCBank 1992-ci ildən Azərbaycanın bank bazarında fəaliyyət göstərir.