NBC Bank 2015-ci ilin 1-ci rübünə hesabatını açıqladı | Banco.az

NBC Bank 2015-ci ilin 1-ci rübünə hesabatını açıqladı

NBC Bank 2015-ci ilin 1-ci rübünə olan hesabatını açıqladı

NBC Bank 2015-ci ilin 1-ci rübünə olan maliyyə hesabatlarını açıqladı.

Banco.az  bankın rəsmi saytının verdiyi məlumatlara əsasən araşdırmasını sizə təqdim edir.

Bankın aktivlərində ilin əvvəlində 2.89 % artım müşahidə olunub, cəmi kapital isə azalaraq 50, 572 mln manata çatıb.

Devalvasiya mühitinə baxmayaraq depozitlərdə ilin başlanğıcından bəri  10,44 % artım müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Yalnız faiz gəlirləri 73% aşağı enib.  Beləliklə, cari ilin birinci rübündə bankın faiz gəlirləri 4 502 min,  faiz xərcləri isə 1 878 min olmuşdur. Həmin dövrdə qeyri faiz gəlirləri 519 min manat,  qeyri faiz xərcləri isə  2 990 min manat  olmuşdur. 

Təbiiki faiz gəlirlərində nəzərə çarpan azalma bankın mənfəətinə təsirsiz ötüşməyib.

Belə ki, NBC Bank 2015-ci ilin 1-ci rübünü, 586 min manat zərərlə başa vurub.

Müəllif: Fidan Maqbet qızı

Ən sərfəli krediti almaq üçün müraciət et