Nazirlik növbəti dəfə işsiz vətəndaşlara müraciət etdi | Banco.az

Nazirlik növbəti dəfə işsiz vətəndaşlara müraciət etdi

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verilən məlumatına görə, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.

Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müraciət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et