Nazirin açıqlamasından sonra Lirə bahalaşdı! | Banco.az

Nazirin açıqlamasından sonra Lirə bahalaşdı!

Türkiyənin ticarət naziri Ruhsar Pekcan, "Sentyabr ayında ixracatımız 22,6 faiz artımla 14,5 milyard dollara çatıb. Bu, tarixin ən yüksək sentyabr ixrac rəqəmidir (rekord). 9 ayda ixracatımız 165,1 milyard dollara çataraq rekord qırmışdır. Sentyabr ayında idxalımız 18,1 faiz azalma ilə 16,4 milyard dollar səviyyəsinə düşüb. Beləliklə, ixracın idxalı qarşılama nisbəti 88,4 faiz səviyyəsində gerçəkləşmişdir. Bu son 9 ilin ən yüksək səviyyəsidir" deyib.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamadan sonra Lirə bahalaşıb. Bakı vaxtı ilə saat 12:25-də Dollar/TL məzənnəsi 5.9815 səviyyəsinə düşüb. Lirə Dollar qarşısında 1,2% dəyər qazanıb.

Marja.az