Nazir ona ikinci dəfə etimad göstərərək yüksək vəzifə verdi | Banco.az

Nazir ona ikinci dəfə etimad göstərərək yüksək vəzifə verdi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 23 dekabr 2021-ci il tarixində ilin yekunlarına dair verdiyi hesabatından sonra, təhsil naziri Emin Əmrullayev Agentliyin sədri Eldar Orucovun səmərəli fəaliyyətinə görə 28 dekabr 2021-ci il tarixli əmri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edərək Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edib.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az xəbər verir ki, Eldar Orucov 2009-2016-cı illərdə ölkənin aparıcı banklarında rəhbər vəzifələrdə çalışıb. Bundan başqa, 2019-2020-ci illərdə Təhsildə Keyfiyyət Təminatı Agentlyinin İdarə Heyəti sədrinin müavini, 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et