Nazir: "Bu cür sərgilər Azərbaycana böyük investorları cəlb edəcək" | Banco.az

Nazir: "Bu cür sərgilər Azərbaycana böyük investorları cəlb edəcək"

"Bu cür sərgilərin keçirilməsi nəticəsində dünyada mövcud olan böyük investorlar perspektivdə Azərbaycana gələcəklər".

Bunu nəqliyyat naziri Ziya Məmmədov "RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya" sərgisində jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu cür böyük şirkətlərin cəlb ölkəyə edilməsi investisiya yatırımı baxımından Azərbaycan üçün çox faydalıdır: "Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Burada iştirak edən xarici şirkətləri əməkdaşlığa dəvət edirik".

Mənbə: Report.az