2018-ci illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2,2 faiz bəndi artaraq 9,9% təşkil edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda bildirib.
"Ötən il vergi daxilolmalarının ÜDM-də payı 12,7%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının qeyri-neft-qaz ÜDM-də payı 13% təşkil etməklə, 2018-ci illə müqayisədə müvafiq olaraq 3,4 və 2,4 faiz bəndi artıb", - deyə nazir əlavə edib.
