Azərbaycanda 5 mindən çox müəllimin əməkhaqqısı min manatdan yüksəkdir
Bunu təhsul naziri Ceyhun Bayramov bildirib.
"150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib və onların maaşı 2 dəfə artırılıb. Əməkhaqqı artımı davamlı xarakter daşıyır. Son artımdan sonra hazırda 5 mindən çox müəllimin əməkhaqqısı min manatdan yüksəkdir",- nazir deyib.
Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib.
2019-cu ilin Fevral ayına olan məlumata görə, ölkə üzrə müəllimlərin sayı 144 414 nəfər təşkil edir
Marja