Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb | Banco.az

Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR xarici ölkələri ilə 325,495 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,875 min dollar və yaxud 2,5% çoxdur.

Son 1 ildə muxtar respublikada ixracın dəyəri 570 min dollar və yaxud 0,2% artaraq 285,765 min dollar, idxalın dəyəri isə 7,305 min dollar və yaxud 22,5% artaraq 39,73 min dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Son nəticədə 8 ay ərzində xarici ticarətdə 246,035 min dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,734 min dollar və yaxud 2,7% azdır.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et