2018-ci ildə Naxçıvan MR-də sahibkarlara 13 790,8 min manat kredit verilib.
Bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.
Məlumata görə, bu, 2017-ci illə müqayisədə 3 731,5 min manat və yaxud 37,1% çoxdur.
Kreditlərin 5 736,4 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 8 054,4 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.
Ötən il muxtar respublikada 30 hüquqi və 2 320 fiziki şəxs dövlət qeydiyyatına alınıb. Əvvəlki ilə nisbətən hüquqi şəxslərin sayında 13 vahid və yaxud 30,2% azalma, fiziki şəxslərin sayında isə 149 vahid və yaxud 6,8% artım qeydə alınıb.
report.az