Naxçıvanda kreditləşmə 2 dəfədən çox artıb | Banco.az

Naxçıvanda kreditləşmə 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-dakı banklar və bank olmayan kredit təşkilatları hüquqi və fiziki şəxslərə 77,641 milyon manat kredit verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Səkkiz ay ərzində verilmiş kreditlərin 9,782 milyon manatı və yaxud 12,6%-i qısamüddətli, 67,86 milyon manatı və yaxud 87,4%-i isə uzunmüddətli kreditlər olub. Son 1 ildə qısamüddətli kreditlər 2,6 dəfə, uzunmüddətli kreditlər isə 2,1 dəfə artıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et