Cari ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 40 milyon 836 min 600 manat təyinata qarşı 108 faiz icra edilib, büdcəyə nəzərdə tutulandan 3 milyon 267 min 635 manat çox vəsait daxil olub.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Cari ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin 84,3 faizi və ya 37 milyon 189 min 353 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 12,8 faizi və ya 5 milyon 635 min 486 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 2,6 faizi və ya 1 milyon 153 min 809 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,3 faizi və ya 125 min 577 manatı isə digər mənbələr hesabına daxil olub.
Marja