Naxçıvana pul ayrıldı - 2 SƏRƏNCAM | Banco.az

Naxçıvana pul ayrıldı - 2 SƏRƏNCAM

Prezident İlham Əliyev "Çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında" 
Sərəncam imzalayıb.

Sərəncama əsasən, Çoxmənzilli binaların dam örtüklərinin təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 206 000 (iki milyon iki yüz altı min) manat ayrılıb.

Ən sərfəli kredit üçün müraciət et

Prezidentin digər bir Sərəncamı ilə, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 449 000 (dörd yüz qırx doqquz min) manat ayrılıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et